Ruhani: ABŞ, Britaniya və Fransanın Suriyaya hücumu bir təcavüzdür
İran İslam Respublikası prezidenti ABŞ, Britaniya və Fransanın Duma şəhərində kimyəvi silahdan istifadə edilməsi bəhanəsi ilə Suriyaya raket zərbələri endirmələrini müstəqil və suveren bir ölkəyə qarşı aşkar təcavüz adlandırıb və bu hücumun terrorçuları ruhlandırmaq məqsədi daşıdığını deyib.
Həsən Ruhani bazar günü Rusiya prezidenti Vladimir Putin ilə görüşdə deyib: Əgər beynəlxalq qanunların aşkar və kobud şəkildə pozulması cavabsız qalarsa və buna yol verən tərəflər heç bir məsuliyyət hiss etməzlərsə, beynəlxalq quruluşda yeni səbatsızlığın şahidi olacağıq.
Rusiya prezidenti Vladimir Putin də Tehran və Moskvanın bir çox məsələdə oxşar mövqeyə malik olduğunu deyərək, ABŞ və qərb ölkələrinin Suriyaya olan hücumunun beynəlxalq qanunlara zidd olduğunu deyib.
Putin həmçinin deyib: ABŞ və müttəfiqlərinin bu hərəkəti beynəlxalq cinayət və təcavüzdən başqa bir şey deyil. Suriyada kimyəvi silahdan istifadənin isə heç bir əsası yoxdur və bəhanədən başqa bir şey deyil.