Laricani Vyetnam ilə əlaqələrin inkişafını alqışlayıb
İran İslam Şurası Məclisinin sədri deyib ki, İranın dövləti və parlamenti Vyetnam ilə ticarət əlaqələrinin genişlənməsinə maraqlıdırlar.
Əli Laricani bu gün Hanoyda Vyetnam Vətənpərvərlər Cəbhəsinin rəhbəri Çan Ten Men ilə görüşdə əlavə edib: Vyetnam Vətənpərvərlər Cəbhəsi bu ölkənin xalqı arasında hörmət və vəhdətin yaradılmasında böyük rol oynayır və İran xalqı Vyetnam xalqının anti-imperialist mübarizəsini alqışlayır.
İran parlamentinin sədri bildirib ki, neft, qaz, neft-kimya, mədən, rabitə və yeni texnologiyalar sahələrində iki ölkə arasında yaxşı imkanlar mövcuddur.
O, deyib ki, bu həmkarlıqların inkişafı yolunda maneələr mövcuddur və onlar aradan götürülməlidir.
Laricani habelə vurğulayıb ki, amerikalılar regionda əmin-amansızlıq yaratmaqdadırlar. O, deyib: Suriyadakı son bombardmanlar regionu təhlükəli etmək üçündür və məsələnin həllinə kömək etmir, zira Suriya böhranının həll yolu, siyasidir.
Vyetnam Vətənpərvərlər Cəbhəsinin rəhbəri Çan Ten Men də bu görüşdə deyib ki, İran dövlətinin İran xalqının müqaviməti və qorunması üzrə nailiyyətləri Vyetnam xalqı tərəfindən alqışlanır. Vyetnam dövləti və xalqı İran xalqının xüsusən müstəmləkəçilərlə mübarizədəki himayəsi və köməyinə görə təşəkkür edir.
Vyetnam Vətənpərvərlər Cəbhəsinin rəhbəri həmçinin bildirib ki, Vyetnam iki xalq arasındakı dostcasına əlaqələrə önəm verir. O, deyib ki, Vyetnam iki dövlət və xalq arasında daha geniş həmkarlıq və əlaqələr istəyir.
İran İslam Şurası Məclisinin sədri Vyetnam rəsmilərilə görüş və ikitərəfli parlament həmkarlıqlarının genişləndirilməsi məqsədilə bu gün Hanoya daxil olubdur.