Apr 17, 2018 13:34 Asia/Baku
  • Laricani: İran-Vyetnam ticarət əlaqələri siyasi əlaqələr kimi yüksəlməlidir
    Laricani: İran-Vyetnam ticarət əlaqələri siyasi əlaqələr kimi yüksəlməlidir

İran İslam Şurası Məclisinin sədri deyib ki, İran-Vyetnam ticarət əlaqələri siyasi əlaqələr kimi yüksəlməlidir.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani dünən Hanoyda Vyetnamın baş naziri Foyn Sun Fuk ilə görüşdə bildirib ki, iki xalqın əlaqələri həmişə dostcasına və hörmətli olubdur. O, əlavə edib: İran-Vyetnam əlaqələrinin 45-ci ildönümündə qarşılıqlı əməkdaşlıqlar yüksəlməlidir.

Dəniz nəqliyyatı və limanlar sahəsində Tehran-Hanoy həmkarlıqlarının genişlənməsi üçün yaxşı fürsətlərin mövcud  olduğunu vurğulayan İran İslam Şurası Məclisinin sədri deyib ki, İran Məkran məntəqəsində digər ölkələrin sərmayə qoymalarını istəyir ki, bu, Vyetnamın sərmayə yatırması üçün yaxşı bir fürsətdir.

Foyn Sun Fuk da vurğulayıb ki, bu ölkə dövləti İranla ənənəvi və qədim əlaqələrə hörmətlə yanaşır. O, ikitərəfli ticarət mübadilələrinin artırılmasını istəyib.

Teqlər