Apr 18, 2018 19:49 Asia/Baku
  • Ruhani: İran və Türkiyə əlaqələrinin inkişaf prosesi davam etməlidir

İran İslam Respublikası prezidenti deyib: Son illərdə İran və Türkiyə əlaqələrinin inkişafı yolunda bir çox irəliləyişlər və uğurlar əldə edilib. Bu proses iki qardaş və qonşu ölkə xalqlarının maraqları çərçivəsində davam etdirilməlidir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü axşam Tehranda Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi ilə görüşdə iki ölkənin dərin tarixi və mədəni ortaqlıqlara malik olduğunu xatırladıb və deyib: İran və Türkiyə əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi, ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqların artırılması hər iki ölkə xalqının xeyrinə olmaqla yanaşı regionda və dünyada sülh və sabitliyin bərqərar edilməsində də təsirli olacaqdır.

Ruhani Tehran və Ankaranın siyasi, iqtisadi və mədəni əlaqələrin daha artıq genişləndirilməsi üçün böyük potensiallara malik olduqlarını xatırladıb və deyib: Heç şübhəsiz ticarət əlaqələri və iqtisadi əməkdaşlıqların inkişaf etdirilməsi xüsusilə, iki ölkənin özəl sektorları arasında birgə əməkdaşlığa şəraitin yaradılması bank əlaqələri və maliyyə sektorunda bir sıra sadələşdirmələrə ehtiyaclıdır.

Türkiyənin iqtisadiyyat naziri Nitah Zeybəkçi də bu görüşdə deyib: Türkiyə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi yolunda duran maneələrin aradan qaldırılması prosesinin sürətləndirilməsi və bu yolda ciddi addımların atılmasında qətiyyətlidir.

Yüksək səviyyəli bir heyətin başında Tehrana səfər edən Türkiyənin iqtisadiyyat naziri həmçinin deyib: Türkiyə İran ilə ikitərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsində maraqlıdır. Buna görə də yol xəritəsinin hazırlanması ilə Tehran ilə əlaqələr və əməkdaşlıqların səviyyəsini daha çox artırmaq niyyətindədir.

 

Teqlər