İraqçı: İranın hər bir şəraitdə nüvə anlaşmasına sadiq qalacağı təsəvvürü yanlış bir qənaətdir
https://azeri.sahartv.ir/news/İran-i303160-İraqçı_İranın_hər_bir_şəraitdə_nüvə_anlaşmasına_sadiq_qalacağı_təsəvvürü_yanlış_bir_qənaətdir
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Norveç xarici işlər naziri ilə görüşdə deyib ki, İranın hər bir şəraitdə nüvə anlaşmasına sadiq qalacağı təsəvvürü tamamilə böyük səhv və yanlış bir qənaətdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2018 06:48 Asia/Baku
  • İraqçı: İranın hər bir şəraitdə nüvə anlaşmasına sadiq qalacağı təsəvvürü yanlış bir qənaətdir
    İraqçı: İranın hər bir şəraitdə nüvə anlaşmasına sadiq qalacağı təsəvvürü yanlış bir qənaətdir

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Norveç xarici işlər naziri ilə görüşdə deyib ki, İranın hər bir şəraitdə nüvə anlaşmasına sadiq qalacağı təsəvvürü tamamilə böyük səhv və yanlış bir qənaətdir.

Seyid Abbas İraqçı dünən Osloda Norveçin xarici işlər naziri İne Erikson Soride ilə görüşdə deyib: Nüvə anlaşmasını digər mövzularla əlaqələndirmək istiqamətindəki hər cür cəhd yanlış münasibətlərdən irəli gəlir və regionun durumunu olduqca mürəkkəbləşdirir.

İraqçı əlavə edib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ondan çox hesabatda İranın nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qaldığını təsdiq edib, amma bunun əvəzində Amerika öz öhdəliklərinə düzgün şəkildə əməl etməyib və öz bəhanə və sədaqətsizlikləri ilə bu anlaşmanı məhvolma xətəri qarşısında qoyubdur.

Norveçin xarici işlər naziri İne Erikson Soride də bu görüşdə iki ölkənin müxtəlif miqyas və sahələrdəki həmkarlıq və anlaşmalarını önəmli sayıb və bildirib ki, ölkəsi nüvə anlaşmasının qorunması və icrasına dəstək verir.