Ruhani: Avropa Trampı nüvə anlaşmasında qalmağa razı salmaq üçün onun xərcini ödəməlidir
İran İslam Respublikası prezidenti nüvə anlaşmasına bir cümlənin əlavə olunmayacağını və yaxud bir cümlənin azalmayacağını bildirərək deyib: Avropa ABŞ prezidenti Donald Trampı nüvə anlaşmasında qalmağa razı salmaq istəyirsə, onun xərcini ödəməlidir.
Həsən Ruhani İranın şimal-qərbində Şərqi Azərbaycan ostanına səfərinin sonunda keçirdiyi mətbuat konfransında Avropanın nüvə anlaşması məsələsində ABŞ-la müzakirəsinin İslam Respublikasına aidiyyəti olmadığını bildirərək qərb ölkələrinə xəbərdarlıq edib ki, İranın mənafeyinə zəmanət verilməsə, ortada heç bir anlaşma olmayacaq.
Nüvə anlaşmasının məğlubiyyətə uğradığı halda İranın yeni və əhatəli proqramlar hazırladığını bildirən İran İslam Respublikası prezidenti əlavə edib: ABŞ prezidenti bilməlidir ki, nüvə anlaşması məğlub olduğu halda, İran dərhal sülhməramlı nüvə fəaliyyətlərini davam etdirəcək.
Ruhani nüvə anlaşmasında heç bir dəyişikliyin qəbuledilməz olduğunu bildirərək deyib: Nüvə anlaşmasında dəyişikliyi istəyən ölkələr bilsinlər ki, ya nüvə anlaşmasını belə qəbul etməlidirlər, ya da onunla tamamilə sağollaşmalıdırlar.
Ruhani həmçinin ABŞ-ın regiondakı hərbi iştirakını tənqid edərək bu iştirakın nəticəsinin regionda destabilliyə səbəb olduğunu bildirib və deyib: Trampın ərəblərə "Mənə pul verin ki, sağ qalasınız" sözü islam dünyasının xalqlarını təhqir etməkdir.
İran prezidenti regionun bütün xalqlarının canı və etibarının İran üçün önəmli olduğunu bildirərək xatırladıb: İran həmişə regionda sülh və dostluq yolunu izləyir.