Apr 28, 2018 14:43 Asia/Baku
  • İran ordusunun baş komandanı: Avropalılar Amerikaya aldanırlar
    İran ordusunun baş komandanı: Avropalılar Amerikaya aldanırlar

İran İslam Respublikası Ordusunun baş komandanı deyib ki, Amerikanın başçılığı altında olan hegemon sistem İran İslam İnqilabına qarşı durur.

General-leytenant Seyid Əbdurrəhim Musəvi bu gün "Gənc əsgər" festivalının kənarında müxbirlər qarşısında avropalı rəsmilərin İranın müdafiə proqramı və qüdrəti barədəki son sözlərinə reaksiyada belə deyib: Amerikanın başçılığı altında olan hegemon sistem İran İslam İnqilabına qarşı durur və Amerikanın ardınca gedən bir qrup ölkə də bu ölkəyə aldanır.

İran İslam Respublikası Ordusunun baş komandanı əlavə edib: Hegemon sistem bir gün nüvə müzakirəsi məsələsini irəli sürür, başqa bir gün insan haqlarından danışır, bu gün də İran İslam Respublikasının müdafiə və raket qabiliyyətləri üstündə müzakirədən danışır ki, bu, yeni bir məsələ deyildir.

General-leytenant Musəvi həmçinin "Gənc əsgər" festivalında əsgərin mövcudluğu və iştirakının təhlükəsizlik yaratdığını, həmçinin çəkindiriciliyə və milli qüdrətə səbəb olduğunu bildirib və belə deyib: Əsgərlik həmişə xalqın gözündə xüsusi yerə malik olub, amma İslam cəmiyyətin təhlükəsizliyi və sabitliyinə səbəb olan əsgərliyi hamıdan yuxarı tutaraq, ibadət hesab edir.  

Teqlər