İran Türkmənistan qazını Pakistana nəql etməyə hazırdır
İranın neft nazirinin müavini İslam Respublikasının Türkmənistan qazının qarşılığının Pakistana verilməsinə hazır olduğunu bildirib.
İranın neft nazirinin müavini və Milli Qaz Şirkətinin icra direktoru Həmidrza İraqi bazar günü İRNA iliə müsahibədə bu proses haqda açıqlama verərək, İranın Türkmənistan qazının Pakistana nəqli üçün ən yaxşı yol olduğunu bildirərək deyib: İran tez bir zamanda və əlavə vəsait xərcləmədən Türkmənistan qazını ala və Pakistana təhvil verə bilər.
İranın neft nazirinin müavini TAPİ qaz boru kəmərinin çəkilməsini imkansız adlandırıb və deyib: İran Türkmənistana bu ölkə qazını Pakistana nəql etməyə hazır olduğunu bildirib və əlavə vəsaitin xərclənməsinə də ehtiyac yoxdur.
İran hazırda Türkmənistan qazını Azərbaycana nəql edir. Belə ki, Türkmənistan sərhədində qaz təhvil alınır və onun qarşılığında Azərbaycan Respublikasına qaz nəql olunur.