Tehranda 23-cü neft-qaz sənayesi sərgisi öz işinə başlayıb
May 06, 2018 11:36 Asia/Baku
Tehranda beynəlxalq sərgilərin keçirildiyi ərazidə neft-qaz, neftayırma və neft-kimiya üzrə 23-cü beynəlxaq sərgi öz işinə başlayıb. Sərgi 4 gün müddətində davam edəcək.
23-cü neft-qaz, neftayırma və neft-kimiya üzrə beynəlxaq sərgi İranda neft sahəsində hər il baş verən ən iri tədbirdir və bu sərgidə ölkə daxilindən və xrici ölkələrdən çoxlu sayda şirkətlər iştirak edirlər.
Tehran sərgisinin məqsədi neft və qaz sektorlarında müasir texnoloji nailiyyətlərin təqdimi, digər ölkələrlə əməkdaşlıqların genişləndirilməsi və öxşar neft şirkətləri ilə dünya səviyyəsində rəqabət, texnili informasiya mübadiləsi yolu ilə daxili potensialın gücləndirilməsindən ibarətdir.