Ruhani: Nüvə anlaşması böyük İran xalqının diplomatik gücünün təzahürüdür
İran İslam Respublikası prezidenti deyib ki, nüvə anlaşması böyük İran xalqının diplomatik gücünün təzahürü olan beynəlxalq bir müqavilə kimi dəyişməyəcəkdir.
İran İslam Respublikası prezidenti Həsən Ruhani İranın şimal-şərqində yerləşən Xorasane Rəzəvi vilayətinin Nişabur şəhəri əhalisinin əzəmətli iştirakı qarşısında əlavə edib: Güc, təzyiq və təhdidlə böyük İran xalqını təslim edə biləcəklərini düşünənlər yanılırlar.
Ruhani söyləyib: İran İslam Respublikası dəfələrlə dünyaya bildiribdir ki, atom silahı ardınca olmayıb və deyildir.
O, əlavə edib: Əgər İran atom silahı düzəltmirsə, bu, müqəddəs İslam dininin əhkamlarına, mütəfəkkirlər və dini rəhbərliyin fitvasına görədir, nəinki müstəmləkəçi ölkələr təzyiq göstərdilər və ya təzyiq göstərmək istəyirlər.
İran İslam Respublikası prezidenti sonra deyib: İran sülhsevər istiqamətdə olan nüvə elmlərindən elektrik enerjisi, kənd təsərrüfatı və səhiyyə sahələrində istifadə edir. Deməli, dünyanı və regionu təhdid etmək ardınca deyildir və müstəmləkəçi ölkələr də bilsinlər ki, İranın böyük xalqını təhdid edə bilməzlər, zira İran xalqı müqəddəs müdafiədə səkkiz il müqavimət göstərdi.
Ruhani deyib: İran xalqı müqavimət, milli qüdrət, dəyişiklik və inkişaf yolunda əl-ələ verərək, bu yolu davam etdirəcək.
İran İslam Respublikası prezidenti bildirib ki, İslam, din və inqilab xalqın çətinliyi və əziyyətini istəmir.
O, deyib: İslam, məntiq dinidir və bir-birimizin köməyilə ölkənin tərəqqisi və abadlığı istiqamətində hərəkət etmək lazımdır.
Ruhani həmçinin qeyd edib ki, İran dünyaya və Avropaya tanınmış polad ixracatçılarındandır.
O, deyib: Nişaburda Xorasan poad komplekstinin açılması göstərdi ki, bu vilayət ölkənin sənaye qütbü olmaq imkanına malikdir.
40 trilyon riyallıq xərclə 41 iqtisadi və quruculuq layihəsinin istifadəyə verilməsi İran İslam Respublikası prezidenti və nazirlər kabineti üzvlərinin Xorasane Rəzəvi vilayətinə səfərlərinin proqramlarındandır.