Tehran və Tiflis iqtisadi həmkarlıqların inkişaf yolllarını araşdırıblar
https://azeri.sahartv.ir/news/İran-i306236-tehran_və_tiflis_iqtisadi_həmkarlıqların_inkişaf_yolllarını_araşdırıblar
İran İslam Respublikasının xarici işlər naziri Gürcüstan baş nazirinin birinci müavini ilə görüşdə onunla ikitərəfli həmkarlıqların xüsusən iqtisadi sahədə genişləndirilməsi barədə danışıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2018 14:42 Asia/Baku
  • Tehran və Tiflis iqtisadi həmkarlıqların inkişaf yolllarını araşdırıblar
    Tehran və Tiflis iqtisadi həmkarlıqların inkişaf yolllarını araşdırıblar

İran İslam Respublikasının xarici işlər naziri Gürcüstan baş nazirinin birinci müavini ilə görüşdə onunla ikitərəfli həmkarlıqların xüsusən iqtisadi sahədə genişləndirilməsi barədə danışıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranda Gürcüstan baş nazirinin birinci müavini və bu ölkənin iqtisadiyyat və stabil inkişaf naziri Dmitri Kumişvili ilə görüşdə qarşılıqlı iqtisadi əməkdaşlıqların genişləndirilməsini vurğulayıb.

Gürcüstan baş nazirinin birinci müavini Dmitri Kumişvili də bu görüşdə qarşılıqlı həmkarlıqların genişlənməsinə toxunaraq, deyib: Gürcüstanda bir çox layihələr mövcuddur ki, iranlı şirkətlər onlarda iştirak edə bilərlər və Gürcüstan rəsmiləri də iranlı şirkətlərin iştirakını alqışlayırlar.

İranın xarici işlər naziri və Gürcüstan baş nazirinin birinci müavini həmçinin həmkarlıqların inkişaf yolundakı problem və maneələrin aradan qaldırılması, həmçinin turizm, energetika və bank əməkdaşlıqlarının genişləndirilməsi yollarının araşdırılması və nəqliyyat dəhlizinin yaradılması istiqamətində region ölkələri arasında həmkarlıq və tranzit sahələri ətafında fikir mübadiləsi aparıblar.

Gürcüstan baş nazirinin birinci müavini İran İslam Respublikası rəsmilərilə görüş və dialoq, həmçinin ikitərəfli münasibətlərin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Tehrana səfər edibdir.