İnqilab rəhbəri: Cənab Tramp! Siz qələt eləyirsiniz!
İslam inqilabının böyük rəhbəri bu gün səhər Pedaqogiya Universitetində deyib: Dünən gecə ABŞ prezidenti səviyyəsiz və yüngül sözlər söylədi. Onun sözlərindəki yalanlar bəlkə 10-dan çox idi. Həm quruluşu təhdid etdi, həm də xalqa hədə-qorxu gəldi.
İslam inqilabının böyük rəhbəri ABŞ prezidentinin dünən gecəki bəyanatının ardınca bu gün səhər Pedaqogiya Universitetində bildiriblər: "Mən İran xalqının adından deyirəm: Cənab Tramp! siz qələt eləyirsiniz!"
İslam İnqilabının Böyük Rəhbəri həmçinin ABŞ və nüvə sazişi ilə əlaqədar sözlərində İran xalqının qeyrəti və əzəmətinə, düşmənlərin məkrli planlarının uğursuz qalmasına toxunaraq deyiblər: Dəfələrlə demişdik ki, ABŞ-a etimad etməyin. Bu da nəticəsi. Üç Avropa ölkəsi ilə müzakirə haqda da deyirik ki, bunlara da etimad etməyin. Hər bir müqavilə üçün real və praktiki zəmanətlər almalısınız, belə olmazsa, bu formada davam etdirmək olmaz.