May 10, 2018 20:40 Asia/Baku
  • Yük qatarı Polşa-İran marşrutunu uğurla başa vurub

Azərbaycan Dəmir Yolları şirkəti konteyner yük qatarının Polşa-Ukrayna-Gürcüstan-Azərbaycan-İran" marşrutunu uğurla başa vurmasından xəbər verərək, bu yük qatarının qeyd olunan marşrutu 9 gün ərzində başa vurduğunu bildirib.

İRNA-nın məlumatına görə, Azərbaycan Dəmir Yolları şirkəti cümə axşamı bildirib: Beynəlxalq cənub-şimal nəqliyyat marşrutu çərçivəsində Polşanın Slavkov stansiyasından İrana doğru hərəkət edən sınaq yük qatarı İran Astarasındakı yük terminalına daxil olub. Hazırda bu qatar həmin marşrutu geriyə doğru qayıdır.

Polşadan yola düşərək, Ukrayna, Gürcüstan və Azərbaycandan keçərək İrana çatan bu yük qatarı ümumilikdə 2356 kilometrlik marşrutu 9 gün ərzində başa vurub.

Sınaq konteyner yük qatarı texniki məsələlərin araşdırılması habelə, yüklərin cənub-qərb beynəlxalq nəqliyyat marşrutu ilə daşınması müddətini yoxlamaq məqsədi ilə Polşadan İrana doğru yola çıxıbmış.

Beynəlxalq cənub-qərb nəqliyyat marşrutu beynəlxalq şimal-cənub nəqliyyat marşrutunun bir parçası sayılır. Bu nəqliyyat marşrutu cənub-şərq Asiya ölkələrini şərqi Avropa ölkələrinə birləşdirəcək.

Teqlər