May 12, 2018 16:58 Asia/Baku
  • Ruhani İranın nüvə anlaşmasından olan iqtisadi maraqlarının reallaşması vacibliyini vurğulayıb
    Ruhani İranın nüvə anlaşmasından olan iqtisadi maraqlarının reallaşması vacibliyini vurğulayıb

İran İslam Respublikasının prezidenti İranın nüvə anlaşmasından olan iqtisadi maraqlarının reallaşması vacibliyini vurğulayıb.

Həsən Ruhani bu gün dövlətin iqtisadi qərargahında İranın Xarici İşlər Nazirliyindən istəyibdir ki, təcili olaraq müzakirə heyətləri göndərərək, nüvə anlaşmasının davam etməsi vacibliyi, eləcə də İranın digər ölkələrlə iqtisadi əlaqələrinin genişləndirilməsi və adiləşdirilməsi üçün zəruri olan icra zəmanətləri barədə bu həftə Çin, Rusiya və avropalı ölkələrlə birbaşa danışıqlarla bağlı proqramlaşdırma aparsın.

Bu əsasda Ruhaninin göstərişi ilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif sabah Çinə, sonra isə Rusiyaya gedəcək.

İranın siyasi-iqtisadi ekspert heyətinin avropalı ölkələrlə danışıqları da çərşənbə axşamı günü Brüsseldə başlayacaq.

Ruhani həmçinin İranın bütün iqtisadi orqanları və banklarından istəyibdir ki, yeni valyuta siyasətlərinin icrası istiqamətində istehsal və ticarət prosesinin asanlaşdırılmasını izləsin; özəl sektor da valyuta inzibatında yaranmış fürsətdən bazarlarda asayiş, eləcə də istehsal və məşğulluğun xeyrinə istifadə etsin.

Teqlər