Zərif: İİR-ın Türkmənistanla əlaqələrin genişləndirilməsində heç bir məhdudiyyəti yoxdur
https://azeri.sahartv.ir/news/İran-i307104-zərif_İİr_ın_türkmənistanla_əlaqələrin_genişləndirilməsində_heç_bir_məhdudiyyəti_yoxdur
İranın xarici işlər naziri öz türkmənistanlı həmkarı ilə görüşdə Tehran-Aşqabad siyasi, iqtisadi və mədəni həmkarlıqlarının genişlənməsini alqışlayıb və deyibdir ki, İran Türkmənistanla ikitərəfli əlaqələri genişləndirməyə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2018 15:39 Asia/Baku
  • Zərif: İİR-ın Türkmənistanla əlaqələrin genişləndirilməsində heç bir məhdudiyyəti yoxdur
    Zərif: İİR-ın Türkmənistanla əlaqələrin genişləndirilməsində heç bir məhdudiyyəti yoxdur

İranın xarici işlər naziri öz türkmənistanlı həmkarı ilə görüşdə Tehran-Aşqabad siyasi, iqtisadi və mədəni həmkarlıqlarının genişlənməsini alqışlayıb və deyibdir ki, İran Türkmənistanla ikitərəfli əlaqələri genişləndirməyə hazırdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda Türkmənistanın xarici işlər naziri Raşit Meredov ilə görüşdə onunla Xəzər dənizinin statusunun hazırlanması, həmçinin mədəniyyət, təhsil, turizm, kənd təsərrüfatı, sənaye, svop və qaz layihələri sahələrində qarşılıqlı əməkdaşlıqların geniş spektri ətrafında fikir mübadiləsi aparıb.

Raşit Meredov da bu görüşdə İrana səfərindən şad olduğunu bildirərək, deyibdir ki, Türkmənistan müxtəlif sahələrdə İran İslam Respublikası ilə əlaqələrini genişləndirməyə hazırdır.