Ruhani İranın qızlardan ibarət futzal komadasını Asiya çempionu olması münasibətilə təbrik etdi
https://azeri.sahartv.ir/news/İran-i307178-ruhani_İranın_qızlardan_ibarət_futzal_komadasını_asiya_çempionu_olması_münasibətilə_təbrik_etdi
İran İslam Respublikası prezidenti şənbə günü axşam bir müraciətdə İranın qızlardan ibarət futzal komandasını Asiya Futzal Çempionatında qalib gəlməsi münasibətilə təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2018 04:37 Asia/Baku
  • Ruhani İranın qızlardan ibarət futzal komadasını Asiya çempionu olması münasibətilə təbrik etdi

İran İslam Respublikası prezidenti şənbə günü axşam bir müraciətdə İranın qızlardan ibarət futzal komandasını Asiya Futzal Çempionatında qalib gəlməsi münasibətilə təbrik edib.

Prezident Administrasiyasından verilən məlumata görə Həsən Ruhani bu təbrik müraciətində İranın qızlardan ibarət futzal komandasının Asiya Futzal Çempionatında qalib gəlməsini iranlı qızların aktivliyinə, bacarıqlı olmalarına və ləyaqətinə dəlalət edən növbəti arqument adlandırıb. 

İranın qızlardan ibarət futzal komandası şənbə günü Yaponiya yığması üzərində qələbə çalaraq, ardıcıl olaraq ikinci dəfə Asiya Futzal Çempionatının qalibi olub. 

Asiya Futzal Çempionatı 2-12 may tarixində Talənddə keçirilib.