Ruhani: İranın regional siyasəti, təhlükəsizlik və sabitliyi qorumaqdan ibarətdir
İran İslam Respublikası prezidenti Tehranın regional siyasətinin təhlükəsizlik və sabitliyi qorumaq və terrorizm ilə mübarizə etməkdən ibarət olduğunu bildirərək deyib: İran İraq xalqı və hökumətinə İŞİD-in məhv etmək və xalqın təhlükəsizlik və sakitlik şəraitində səs verə bilməsinə yardım etməsindən razıdır.
Həsərn Ruhani bu gün Tehranda İran və Şrilanka ölkələrinin yüksək səviyyəli heyətlərinin iclasında etdiyi çıxışında Amerikanın nüvə sazişindən birtərəfli qaydada çıxmasının əxlaqa, beynəlxalq qaydalara zidd olduğunu bildirərək deyib: Amerikanın bu hərəkəti onun öz öhdəliklərinə sadiq olmadığını göstərdi və bir daha məlum oldu ki, amerika etimadediləsi deyildir.
İİR prezidenti öz haqlarından məhrum edilmiş xalqların hüquqlarının müdafiəsinə təkid edərək deyib: Təəssüfləndirici haldır ki, Fələstin xalqı 70 illik zülm və cinayətə dözüb və işğalçı sionist rejim hələ də öz hərəkətlərini davam etdirir.
İclasda Şrilankanın prezidenti Maitripala Sirisna da İrana qarşı sanksiyaların əleyhinə olduğunu və bu vəziyyətə son qoyulmalı olduğunu bildirib.
Şrilanka prezidenti xalqların düşmənlərinin insan haqları bəhanəsi ilə ölkələrin suverinliyini hədəfə aldıqlarını bildirərək deyib: Bütün ölkələr öz haqlarını bərpa etməkdə sərbəst olmalı və öz halqlarını müdafiə edə bilməlidirlər.