May 15, 2018 17:35 Asia/Baku
  • Asiyanın qərbində kök hüceyrələr istehsal edən ilk mərkəz istifadəyə verilib
    Asiyanın qərbində kök hüceyrələr istehsal edən ilk mərkəz istifadəyə verilib

İran İslam Respublikası prezidenti və səhiyyə nazirinin iştirakı ilə Asiyanın qərbində kök istehsal edən ilk mərkəz istifadəyə verilib.

İRİB-in verdiyi məlumata görə, kök hüceyrələr istehsal edən mərkəz bu gün Tehranda istifadəyə verilib, bu texnologiya sadəcə Amerika və Yaponiyanın ixtiyarındadır. 

Bu mərkəzin istehsal etdiyi dərmanlar ona görə əhəmiyyətlidir ki, xəstənin kök hüceyrələri həssas və izolyasiya edilmiş mühitdə əkilir və sonra xəstəyə ötürülür. 

Bu mərkəzdə kök hüceyrələrdən 6 məhsul istehsal edilir və buraya birbaşa yaxud dolayısı ilə 260 mütəxəssis işçi cəlb edilib. 

Bu mərkəzin məhsulları diz artruzu, ürək çatışmazlığı və dəri xəstəliklərində istifadə olunur. 

Teqlər