B.Əsəd İranla iqtisadi həmkarlıqların genişləndirilməsini vurğulayıb
May 18, 2018 21:26 Asia/Baku
Suriya prezidenti İranın yol və şəhərsalma naziri ilə görüşdə Dəməşq ilə Tehran arasında iqtisadi əməkdaşlığın artırılması vacibliyini vurğulayıb.
Bəşşar Əsəd bu gün Dəməşqdə Abbas Axundi ilə görüşdə vurğulayıb: Suriya ilə İran arasında iqtisadi həmkarlığın artması, sanksiya və icbari iqtisadi hərəkətlərdən xalqların mühasirəsi, onlara təzyiqin göstərilməsi və onların Qərbin hegemonçuluq siyasətlərinə boyun əymələri üçün bir vasitə kimi istifadə edən Qərb layihələri qarşısında ən mühüm müqavimət yollarından biridir.
Abbas Axundi də bu görüşdə Suriya ordusunun və onun müttəfiqlərinin terrorizmlə mübarizədəki nailiyyətlərini təbrik edərək, müxtəlif sahələrdə Tehranın Dəməşqə dəstəyinin davam edəcəyini vurğulayıb.