May 20, 2018 19:02 Asia/Baku
  • Zərif: AB İranla əməkdaşlıqların davamı üçün konkret addımlar atmalıdır
    Zərif: AB İranla əməkdaşlıqların davamı üçün konkret addımlar atmalıdır

İranın XİN başçısı deyib: Avropa Birliyi İran ilə iqtisadi əməkdaşlıqların davam etməsi üçün əlavə konkret addımlar atmalı və İrandakı investisiyalarını artırmalıdır.

İİR XİN mediya diplomatiyası baş idarəsinin verdiyi məlumata görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranda Avropa Birliyinin enerji üzrə komissarı Migel Arias Kanite ilə görüşündə deyib: AB-nin nüvə sazişinin icrasına öhdəlikli olması ilə Avropanın iri şirkətlərinin İran ilə əməkdaşlıqdan vaz keçmələrini elan etmələri ilə uyğun gəlmir. 

İİR XİN başçısı deyib: ABŞ-ın nüvə sazişindən çıxması ilə ümumi fikrin AB-dən gözləntisi daha da artıb. 

Görüşdə AB-nin enerji üzrə komissarı da ABŞ-ın çıxmasından sonra nüvə sazişinin durumuna toxunaraq deyib: AB ölkələrinin nüvə sazişinin nailiyyətlərinin qorunub saxlanılması sahəsindəki birliyi əlavə əhəmiyyət kəsb edib və AB-nin siyasi iradəsi nüvə sazişinin icrasına və Avropa şirkətlərinin İranla əməkdaşlıqlarının davam etməsinə yönəlib. 

Kanite deyib: Amerikanın nüvə sazişindən çıxması Avropa üçün müəyyən problemlər yaradıb amma AB-nin mesajı nüvə sazişinin icrası və qorunub saxlanılmasında İran ilə əməkdaşlıqların davam etməsindən ibarətdir. 

Teqlər