Şəmxani: Avropanın təzyiqi olduğu halda, xarici siyasətə yenidən baxılacaq
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Avropanın öz öhdəliklərini yerinə yetirməkdə acizliyi və ya ABŞ-ın nüvə sazişindən çıxmasından başqa məsələlərdə İrana təzyiq göstərmək üçün sui-istifadə etməsi bəlli olarsa, Tehran öz xarici siyasətinin hazırkı strategiyasına yenidən baxacaq.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani əlavə edib: Donald Tramp öz şərtlərini Avropaya qəbul etdirmək və bir çox ölkəni öz sırasına qoşmaq, həmçinin ABŞ vətəndaşlarının bu hərəkəti dəstəkləyəcəyi təsəvvürü ilə nüvə sazişindən çıxdı. Halbuki təkcə Avropa deyil, bir çox ölkə onunla razılaşmadı. Əksinə ABŞ-dakı rəy sorğularının nəticələrinə görə, amerikalıların üçdə ikisi Trampın qərarına qarşıdır.
Şəmxani ABŞ-ın İran İslam Respublikasının güc əhatəsini məhdudlaşdırmaq üzrə səmərəsiz səyini Vaşinqtonun acizliyi, zəifliyi, İslami İranın müxtəlif daxili və xarici sahələrdə özünəməxsus qüdrətinin isbatı üçün açıq-aydın nişanə adlandırıb.