May 23, 2018 09:59 Asia/Baku
  • Salehi: İran nüvə anlaşmasından öncəyə qayıtmaq üçün lazımi hazırlığa malikdir
    Salehi: İran nüvə anlaşmasından öncəyə qayıtmaq üçün lazımi hazırlığa malikdir

İranın Atom Enerjisi Təşkilatının sədri bildirib ki, İranın nüvə sənayesi inamla irəliləyir. O, bu təşkilatın müxtəlif sahələrdə nüvə anlaşmasından öncəyə qayıtmağa hazır olduğunu bildirib.

Əli Əkbər Salehi dünən axşam İran İslam Şurası Məclisinin təlim, tədqiqat və texnologiya komissiyasının üzvlərilə iclasdan sonra müxbirlər qarşısında deyib: Nüvə anlaşmasından öncə yaxşı irəliləyən İranın nüvə sənayesi hazırda da elə həmin tərzdə irəliləməklə yanaşı, sıçrayışa da malik olubdur.

İranın Atom Enerjisi Təşkilatının sədri əlavə edib: İran nüvə anlaşmasından sonra Rusiyanın köməyilə sabit izotopları zənginləşdirə bilibdir ki, nüvə anlaşmasından öncə İran təkcə uran zənginləşdirirdi.

Bu təşkilatın yalnız ənənəvi nüvə sənayesini izləmədiyini bildirən Salehi deyib: İranın Atom Enerjisi Təşkilatı nüvə sənayesindəki yenilikləri də izləyir ki, onun bir nümunəsi, İranın kvant texnologiyalarına daxil olmasıdır.

ABŞ-ın dövlət katibi Mayk Pompeo bazar ertəsi günü bu ölkə prezidentinin nüvə anlaşmasından çıxmasından sonra İrana qarşı əsassız ittihamları təkrar edib, bu ölkəyə qarşı ən şiddətli sanksiyaların tətbiq olunacağı ilə təhdid edərək, İran üçün on ik şərt, o sıradan zənginləşdirmə təsisatlarının yığışdırılması şərtini irəli sürüb.

İran İslam Respublikası ABŞ-ın nüvə anlaşmasından birtərəfli və qanunsuz çıxmasından sonra bu beynəlxalq anlaşmada qalmağı Tehranın nüvə anlaşmasından olan maraqlarının qorunması ilə şərtləndiribdir.

Teqlər