Qasimi: Avropa nüvə sazişindəki öhdəliklərinə sadiq qalmalıdır
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikasının Avropadan gözləntisi nüvə sazişindəki öhdəliklərini tam şəkildə yerinə yetirməkdir.
İran XİN sözçüsü Bəhram Qasimi cümə axşamı günü əl-Aləm televiziyası ilə msahibədə ABŞ-ın nüvə sazişindən çıxmasından sonra İranın Avropa ilə müzakirələri haqda deyib: Avropanın nüvə sazişinə baxışı, sırf iqtisadi baxış deyil, Avropa nüvə sazişini kollektiv səyin nəticəsi və əməkdaşlığın nəticəsi hesab edir və onu kollektiv nailiyyət kimi qorumağa çalışır.
İran XİN-in mətbuat katibi bildirib: Avropanın nüvə sazişində işini davam etdirməsinin forması haqda naməlum cəhətlər vardır. Buna əsasən nüvə sazişində qalmaq üçün Tehran avropalılarla müzakirələrə başlayıb. Əlbəttə Avropa Birliyi və nüvə sazişinə üzv olmayan Avropa ölkələrinin çox vaxtı yoxdur. Tez bir zamanda bu barədə yekun nəticəyə gəlməli və İran İslam Respublikasının razılığını əldə etməlidirlər.
Qasimi sabah Vyanada təşkil olunacaq Əhatəli Müştərək Təşəbbüs Proqramının birgə komissiyasının keçirilməsinə toxunaraq əlavə edib: Bu komissiya İran İslam Respublikasının dəvəti ilə keçirilir və onun ilk önəmli ABŞ-ın iştirak etmədiyi və nüvə sazişinə üzv digər ölkələrin iştirakı ilə keçirilən komissiya olmasındadır.
İran XİN sözçüsü əlavə edib: ABŞ nüvə sazişindən çıxmaqla yanlış hesablamaya yol verdi. Çünki İranın bu məsələ ilə məntiqli davranacağını təsəvvür etmirdi. Eyni zamanda dünyanın ümumi fikri ABŞ-ın nüvə sazişindən çıxmasına mənfi mövqe sərgilədi. Beynəlxalq baxış da İran İslam Respublikasının mövqeyinə müsbət yanaşdı.