Nüvə sazişi üzvləri razılaşmanın tam və davamlı icrasını vurğuladılar
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini cümə gecə Vyanada Əhatəli Müştərək Təşəbbüs Proqramının müştərək komissiyasının iclasının sonunda bir bəyanatda bildirib: Nüvə sazişinin qalan üzvləri bu iclasda razılaşmanın tam və davamlı icrasına sadiq qaldıqlarını vurğulayıb və İranla iqtisadi və ticarət münasibətlərinin normallaşdırılması məqsədilə nüvə proqramı ilə əlaqədar sanksiyaların aradan qaldırılmasını zəruri adlandırıblar.
İRNA-nın məlumatına görə, Helqa Şmidt bu bəyanatda bildirib: Nüvə sazişinin üzvləri ABŞ-ın bu beynəlxalq razılaşmadan çıxması və nüvə sazişinə uyğun şəkildə ləğv olunan Vaşinqtonun yeni sanksiyalarının tətbiqinin elan olunmasından təəssüfləndiklərini bildiriblər.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavinin bəyanatında xatırlanıb: Əhatəli Müştərək Təşəbbüs Proqramı nüvə silahlarının yayılmaması üzrə qlobal sistemin əsas parçasından biridir və önəmli diplomatik nailiyyət sayılır. Belə ki, səs çoxluğu ilə Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə təsdiqlənmişdir.
Helqa Şmidt bu bəyanatda bildirib: Nüvə sazişinin üzvləri bu iclasda ABŞ-ın yeni sanksiyalarının tətbiq olunmasının ehtimal olunan mənfi cəhətlərini araşdırıb və gələn bir neçə həftə ərzində praktiki yolların tapılması üçün ortaq addımların atılması, o cümlədən İranla iqtisadi əlaqələrin qorunması və genişləndirilməsi, neft, neft məmulatlarının satışının davam etdirilməsi, əlaqədar daşınmalar, İranla bank əməliyyatları, dəniz, quru, hava və dəmiryolu nəqliyyatının davam etdirilməsi, iqtisadi və maliyyə əməkdaşlıqlarını sadələşdirmək məqsədilə sığorta və ticarət kimi məsələləri araşdırdılar.
Bu iclas cümə günü İranın müraciəti əsasında, ABŞ-ın nüvə sazişindən çıxmasının mənfi cəhətlərinin araşdırılması, eləcə də nüvə sazişinin bütün cəhətlərinin davamlı icrasından arxayın olmaq üçün qarşıdakı yolların araşdırılması məqsədilə keçirildi.
Bu iclasda İran, Britaniya, Fransa, Almaniya, Rusiya, Çin nümayəndələri, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidt və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano iştirak edib.
Amano İranın nüvə sazişinə tam şəkildə sadiq qalması üzrə hesabatı təqdim etmək məqsədilə bu iclasda iştirak edib.
ABŞ prezidenti Donald Tramp 8 may çərşənbə axşamı günü İran əleyhinə əsassız ittihamları təkrarlayaraq Vaşinqtonun nüvə sazişindən çıxdığını və nüvə sanksiyalarının 3-6 ay ərzində qüvvəyə minəcəyini bildirib.
Trampın bu hərəkəti yerli və beynəlxalq səviyyədə qınaqlarla üzləşib.