Laricani: Amerikanın problemi, İran xalqının imperializm qarşısında dayanmasıdır
İran İslam Şurası Məclisinin sədri deyib ki, Amerikanın problemi, İran xalqının imperializm qarşısında dayanmasıdır. O, bildirib ki, Amerika və onun müttəfiqləri Qərbi Asiya bölgəsində terror qrupları yaratmaq və İranın təhlükəsizliyini xətərə salmaq istəyirlər.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani bəzi region ölkələrinin ABŞ imperializmi qarşısındakı zəif mövqelərinə toxunub. Vurğulayıb ki, amerikalıların beynəlxalq diktaturası qarşısında dayanmaq İran İslam Respublikası üçün bir iftixardır.
Ümumdünya Qüds gününün yaxınlaşdığını xatırladan İran İslam Şurası Məclisinin sədri deyib: İmam Xomeyni(r.ə.) daim sionist rejimlə mübarizə məsələsini vurğulayardı. O, bu qənaətdə idi ki, sionist rejim regionda bir xərçəng şişinə çevrilərək, regionu gərginləşdiribdir. Bu məsələni bu gün də sionist rejimin regionu qarışdırmaq üzrə təxribatçı rolunda müşahidə etmək olar.
Mübarək Ramazan ayının sonuncu cüməsi İran İslam Respublikasının banisi, İmam Xomeyni(r.ə)-in təşəbbüsü ilə Ümumdünya Qüds günü adlandırılıbdır ki, bütün dünya müsəlmanları sionist rejimin rasist siyasətlərinə qarşı nifrət və hiddətlərini ifadə etmiş olsunlar.