İyun 07, 2018 12:23 Asia/Baku
  • Tehranda nüvə anlaşması üzrə müştərək komissiyanın ekspertlərinin iclası başlanıb

Nüvə anlaşması üzrə müştərək komissiyanın ekspertlərinin iclası İran və 4+1 ölkələri, yəni Almaniya, Rusiya, Fransa, İngiltərə və Çin heyətlərinin iştirakı ilə Tehranda işə başlayıb.

İranın altılıq qrupu ilə nüvə anlaşmasından sonra nüvə anlaşması üzrə müştərək komissiyanın ekspert iclası ilk dəfə olaraq İranda keçirilir.

İran və 4+1 ölkələrinin sonuncu ekspert iclası iki həftə bundan öncə və İran və 4+1 ölkələrinin xarici işlər nazirləri müavinlərinin Vyana iclasından öncə keçirilibdir.

Bu iclasın əsas məqsədi, nüvə anlaşmasının həyatının Amerikasız davam etməsidir ki, Tehranın iqtisadi maraqları nüvə anlaşmasının digər tərəfləri vasitəsilə təmin edilmiş olsun.

Nüvə anlaşması üzrə müştərək komissiyanın qərarına və İranın, xarici işlər nazirlərinin iclasının keçirilməsi üzrə xahişinə əsasən, bu iclasda İran və 4+1 ölkələrinin xarici işlər nazirlərinin iclasının keçirilməsi zamanı təyin edilməlidir.

Teqlər