Ümumdünya Qüds Gününün yekun qətnaməsi: Qüds-Şərifin azadlığı və məzlum Fələstin xalqının xilası
https://azeri.sahartv.ir/news/İran-i311622-Ümumdünya_qüds_gününün_yekun_qətnaməsi_qüds_Şərifin_azadlığı_və_məzlum_fələstin_xalqının_xilası
Ümumdünya Qüds Günü yürüşünün yekun qətnaməsində Qüds-Şərifin və məzlum və müdafiəsiz Fələstin xalqının sionist işğalçılardan azad edilməsi, İran İslam İnqilabının ali amalı olaraq İsrail xərçəng şişinin məhv edilməsi üçün səy göstərmək vurğulanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2018 08:03 Asia/Baku
  • Ümumdünya Qüds Gününün yekun qətnaməsi: Qüds-Şərifin azadlığı və məzlum Fələstin xalqının xilası
    Ümumdünya Qüds Gününün yekun qətnaməsi: Qüds-Şərifin azadlığı və məzlum Fələstin xalqının xilası

Ümumdünya Qüds Günü yürüşünün yekun qətnaməsində Qüds-Şərifin və məzlum və müdafiəsiz Fələstin xalqının sionist işğalçılardan azad edilməsi, İran İslam İnqilabının ali amalı olaraq İsrail xərçəng şişinin məhv edilməsi üçün səy göstərmək vurğulanıb.

Ümumdünya Qüds Günü yürüşünün iştirakçıları ABŞ prezidentinin bu ölkə səfirliyinin Beytül-Müqəddəsə köçürmək və Qüds-Şərifi sionist rejimin paytaxtı olaraq rəsmən tanımaqla bağlı qeyri-qanuni hərəkətini pisləyərək bildiriblər: Beytül-Müqəddəsin azadlığı, zülmə məruz qalmış müsəlman Fələstin xalqına dəstək islam dünyasının 1-ci prioriteti olaraq qalmaqdadır və bu prioritetə zərbə vurmaq və islam ümmətinin fikrini yayındırmağa cəhd göstərən hər hansı hərəkət pislənilir.

Yürüşçülər "Əsrin müqaviləsi" adlı məkrli planı pisləyərək bildiriblər: Fələstin məsələsinin yeganə həll yolu fələstinli didərginlərin qayıdışı, tam və sərbəst şəkildə referendumun keçirilməsi, Fələstin strategiyasının reallaşmasıdır. Saxta sionist rejimin dəhşətli cinayətləri və işğalçılığını davam etdirmək üçün hər hansı alternativ həll yolu Fələstin xalqının təbii haqqını tapdalamaq deməkdir.