İyun 09, 2018 12:49 Asia/Baku
  • Ruhani: Tehran İslamabad ilə əlaqələrin genişləndirilməsini müsbət qarşılayır
    Ruhani: Tehran İslamabad ilə əlaqələrin genişləndirilməsini müsbət qarşılayır

İran İslam Respublikası prezidenti Tehranın İslamabad ilə əlaqələrin inkişaf etdirilməsini müsbət qarşıladığını bildirib və deyib: Mövcud imkanlardan və potensiallardan istifadə edərək, ikitərəfli münasibətləri xüsusilə iqtisadi əməkdaşlıqlar sahəsində, daha da genişləndirmək və möhkəmləndirmək lazımdır.

Həsən Ruhani şənbə günü Şanxay Əməkdaşlıq Təşkilatının 18-ci sammiti çərçivəsində Pakistan prezidenti Məmnun Hüseyn ilə görüşdə Pakistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü yüksək dəyərləndirib və deyib: Tehran İslamabadın bu təşkilatdakı konstruktiv rolunu dəstəkləyir.

Həsən Ruhani İranın Pakistanı regionda mühüm ölkə olaraq qəbul etdiyini deyərək, əlavə edib: İran Pakistan üçün etibarlı enerji təminatçısı ola bilər.

İran prezidenti həmçinin iki ölkə sərhədlərində təhlükəsizliyin möhkəmləndirilməsindən razılıq edərək, deyib: İran və Pakistanın regional məsələlər və İslam Dünyası məsələləri barədə ortaq mövqeyə malik olması son dərəcə önəmli məsələdir.

Ruhani regionda sabitlik və təhlükəsizliyin qorunmasını İran üçün önəmli məsələ adlandırıb və deyib: Tehran Əfqanıstanda sabitlik və təhlükəsizliyin təmin edilməsinin tərəfdarıdır və Tehran, İslamabad və Kabil arasında birgə əməkdaşlıq və ahəngdarlıq regionun inkişafı və təhlükəsizliyində təsirli ola bilər.

Pakistan prezidenti Məmnun Hüseyn də bu görüşdə İslamabadın daim İranın kənarında olacağına təkid edərək, deyib: Əməkdaşlıq və mövcud potensiallardan istifadə etməklə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrini daha da genişləndirmək üçün mövcud maneələr aradan qaldırılmalıdır.

Məmnun Hüseyn daha sonra ölkəsinin İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəklədiyini vurğulayıb və deyib: Ümid edirəm İran ən qısa zamanda Şanxay Əməkdaşlıq Təşkilatının daimi üzvləri sırasına qatılsın.

Pakistan prezidenti həmçinin, ölkəsinin nüvə anlaşmasını dəstəklədiyini bildirib və deyib: İran və Pakistanın birgə regional əməkdaşlığı çox önəmlidir.

Məmnun Hüseyn sonda Əfqanıstanda sülh və sabitliyin bərqərar olunmasının Pakistan və İran üçün çox önəmli olduğunu vurğulayıb.

Teqlər