İyun 09, 2018 15:18 Asia/Baku
  • İran və Rusiya prezidentləri Şanxay sammitinin kənarında görüşüblər
    İran və Rusiya prezidentləri Şanxay sammitinin kənarında görüşüblər

İran İslam Respublikası və Rusiya prezidentləri Həsən Ruhani və Vladimir Putin bu gün Çində, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti kənarında, görüşüblər.

Həsən Ruhani və Vladimir Putin bu görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsini vurğulayıblar.

Ruhani və Putin həmçinin, bir sıra önəmli regional məsələləri müzakirə edərək, nüvə anlaşmasının son durumunu diqqət mərkəzində saxlayıblar.

İran prezidenti Həsən Ruhani Çin Xalq Respublikasının prezidenti Şi Cin Pinqin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının 18-ci sammitində iştirak etmək məqsədilə cümə günü Çinə səfər edib. Ruhani bu gün səhər də Pakistan prezidenti Məmnun Hüseyn ilə görüşüb, danışıqlar aparmışdı.

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti şənbə günü Çinin Çinqdau şəhərində işə başlayıb. Bu iki günlük sammit sabah öz işini başa vuracaq. Sammitdə  təşkilatın daimi üzvləri və 4 müşahidəçi ölkənin prezidentləri habelə, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə təsis edilib. Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Hindistan və Pakistan bu təşkilatın daimi üzvləridir. İran da bu təşkilatın müşahidəçi üzvüdür.

 

Teqlər