İyun 10, 2018 16:23 Asia/Baku
  • Ərak reaktorunun rekonstruksiyası barədə çinlilərlə müzakirə başa çatmaq üzrədir
    Ərak reaktorunun rekonstruksiyası barədə çinlilərlə müzakirə başa çatmaq üzrədir

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Ərak reaktorunun rekonstruksiyası barədə çinlilərlə müzakirənin yekun mərhələlərindən xəbər verib.

Behruz Kəmalvəndi bu gün İran İslam Şurası Məclisində baş vermiş terror hadisəsi şəhidlərinin anım mərasiminin kənarında IRIB ilə müsahibədə Ərak reaktorunun rekonstruksiyası ilə bağlı iranlı heyətin Çinə səfər etməsinə toxunaraq, qeyd edib ki, Ərak reaktoru barədə çinlilərlə müzakirə davam edir.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü bu reaktorun konstruksiyasının iranlı mütəxəssislər tərəfindən həyata keçirildiyini bildirərək, deyib: İran İslam Respublikası əvvəldən israr edirdi ki, Ərak reaktorunun konstruksiyası ölkə daxilində həyata keçirilsin, zira iranlı mütəxəssislər onu icra etmək bacarığına malikdirlər.

Kəmalvəndi həmçinin ötən il İran İslam Şurası Məclisində və İmam Xomeyni(r.ə)-in pak məqbərəsində baş vermiş terror hadisələri barədə belə deyib: Hərçənd terrorçular daim böyük qüdrətlər tərəfindən himayə olunublar, amma heç vaxt nəticəyə çatmayıb və müvəffəq olmayıblar.

İŞİD terror qrupunun tabeliyində olan ünsürlərin 2017-ci il iyunun yeddisində Tehranda İran İslam Şurası Məclisinə və İmam Xomeyni(r.ə)-in pak məqbərəsinə qarşı hücumlarında 18 nəfər şəhid olmuş, onlarla nəfər də yaralanmışdı.

Teqlər