İyun 11, 2018 18:54 Asia/Baku
  • İranın Təhlükəsizlik Nazirliyi bir terror qrupunun həbs edilməsindən xəbər verib
    İranın Təhlükəsizlik Nazirliyi bir terror qrupunun həbs edilməsindən xəbər verib

İranın Təhlükəsizlik Nazirliyi mübarək ramazan ayında xüsusiylə də Qədr gecələri və Qüds günündə geniş miqyaslı cinayət törətmək məqsədini güdən bir terror şəbəkəsinin 27 üzvünün həbs edilməsindən xəbər verib.

İRİB-in verdiyi məlumata görə, İranın Təhlükəsizlik Nazirliyi bu gün bildirib: Həbs edilənlər dünyanın zalım qüvvələrinin məqsədləri istiqamətində islami İranı destabilləşdirmək və Tehranda və bir neçə əsas şəhərdə terror aktları törətmək məqsədi güdübmüşlər, onlar virtual fəzada videolar yayaraq islami İranın şərəfli xalqını intiqam almaq və qətlə yetirməklə hədələyiblər ancaq təhlükəsizlik qüvvələrin diqqəti və eləcə də məhkəmə, hüquq mühafizə, xüsusiylə kibernetik cinayətlərlə mübarizə polisinin əməkdaşlığı nəticəsinə həbs ediliblər. 

 

İranın Təhlükəsizlik Nazirliyinin verdiyi məlumata görə, sözü gedən terror şəbəkəsindən çoxlu miqdarda silah-sursat, o sıradan bir neçə ədəd klaşnikov , kolt silahı, qumbara , bomba və partlayıcı maddənin hazırlanmasında istifadə olunan təchizatlar zəbt edilib. 

İranın təhlükəsizlik naziri seyid Mahmud Ələvi öncə də bir neçə terror qrupunun bu nazirlik qüvvələri tərəfindən həbs edildiyini bildirmişdi. 
Onun dediyinə görə, İranın təhlükəsizlik qüvvələrinin səyləri nəticəsində ötən miladi ilində İranda 300-dən çox terrorçu qrup dağıdılıb. 

Teqlər