Təbriz-Van sərnişin qatarı fəaliyyətini bərpa edib
İranın Azərbaycan dəmiryolu idarəsinin baş müdiri deyib ki, İranın Təbriz şəhəri ilə Türkiyənin Van şəhəri arasında sərnişin qatarı beş ildən sonra 250 nəfərin daşınması ilə yenidən işə salınıb.
Təbriz-Van dəmiryolunun fəaliyyəti təqribən beş il bundan öncə Türkiyə ərazisində bomba qoyulmasına görə dayandırılmışdı.
İranın Azərbaycan dəmiryolu idarəsinin baş müdiri Şapur Ərsəlani bu gün IRNA ilə müsahibədə deyib: Bu sərnişin qatarı hər həftənin bazar ertəsi günü gecə Təbrizdən Vana, həmin həftənin çərşənbə axşamı günü gecə isə Vandan Təbrizə hərəkət edəcək.
Ərsəlani əlavə edib: Bu qatarın sərnişin tutumu 250 nəfərdir ki, sərnişinlərin rəğbətini qazanacağı halda bu miqdar artırıla bilər.
İranın Azərbaycan dəmiryolu idarəsinin baş müdiri həmçinin bildirib ki, İranın dəmiryolu idarəsinin külli siyasəti turist cəzbi və bu hədəfin reallaşmasının infrastrukturlarının hazırlanmasıdır. O, qeyd edib ki, Təbriz-Van sərnişin qatarının işə salınması Təbriz-2018 mərasimi və bu şəhərdə bir çox turist cazibədarlıqlarının mövcud olması istiqamətində həyata keçir.
Təbriz 2018-ci ildə islami ölkələrin turizm paytaxtı seçilibdir.