Xərrazi: Avropa ABŞ-ın quldurluğu qarşısında müqavimət göstərməlidir
İranın Xarici Əlaqələr Strateji Şurasının sədri cümə axşamı günü İtaliyanın İl Manifesto qəzeti ilə müsahibədə deyib: Avropa ABŞ-ın quldurluğu qarşısında müqavimət göstərməlidir.
Kamal Xərrazi bildirib: ABŞ-ın sanksiyaları təkcə İran əleyhinə deyil, əksinə bütün dünya, o cümlədən Avropaya qarşıdır.
İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Avropa ölkələrinin nüvə sazişini dəstəkləməklə öz müstəqillik, hakimiyyət və izzətini müdafiə etdiyini bildirərək xatırladıb: Avropa sanksiyalarla mübarizə aparmaq üçün mexanizm və imkanlara malikdir.
Xərrazi əlavə edib: Birləşmiş Ştatların nüvə sazişindən çıxması beynəlxalq qanunlara ziddir.
Britaniya, Fransa, Rusiya, Çin, Almaniya və Avropa Birliyi nüvə sazişinin tərəfləri olaraq bu beynəlxalq sazişi dəstəklədiklərini bildiriblər.