İyun 27, 2018 13:45 Asia/Baku
  • Xərrazi: Yaxın Şərq məsələlərinin həll yolu regional qüdrətlər arasında müzakirədir
    Xərrazi: Yaxın Şərq məsələlərinin həll yolu regional qüdrətlər arasında müzakirədir

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Yaxın Şərq məsələlərinin həll yolunu regional qüdrətlər arasında müzakirə adlandırıb və deyib: İran, Türkiyə, Misir və Ərəbistan Yaxın Şərq məsələlərinin həll yollarını müzakirə etməlidirlər.

Kamal Xərrazi çərşənbə günü Tehranda İran - Fransa əlaqələrinin geosiyasi analizi iclasında Yəmən böhranının həll yolunu regional qüdrətlər arasında müzakirə və BMT-nin bu məsələdə daha ciddi rol oynaması adlandırıb və Yəməndə toqquşmalara son qoyulmasının ilkin şərtini təcavüzkar ölkələrə xüsusilə Avropa tərəfindən silah dəstəyinin dayandırılması hesab edib.

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri İran və Fransanın regional məsələlərdə sülh və sabitliyin təmin edilməsində mövcud ortaqlıqlardan istifadə etməli olduğunu deyərək, əlavə edib: Regiondakı yeni olaylarla bağlı yeni baxışa malik olmaq bir zərurətdir.

Xərrazi Suriya böhranına da işarə edib və deyib: Suriyada terrorizmi himayə edən ölkələrin ən böyük strateji səhvi Suriyanın taleyinə hakim kəsilə bilməsi üçün terrorçuları silahlandırmaq və maliyyələşdirməkdir. Amma, bunun nəticəsi Avropa üçün təhlükəsizlik təhdidi oldu.

Xərrazi daha sonra Suriya böhranı qarşısında sükutu Avropanın növbəti strateji səhvi adlandırıb və deyib: Əgər İranın dəstəyi olmasaydı, Suriya və İraq məhv olardı. Bu gün İŞİD region və Avropa üçün ciddi təhlükə qaynağına çevrilərdi.

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri sonda Avropa ölkələrinin o cümlədən Fransanın Yaxın Şərqlə bağlı strategiyasına düzəliş edəcəyinə ümidvar olduğunu bildirib və deyib: İran regionda sabitlik və təhlükəsizliyin təmin olunması üçün əlindən gələni etməyə hazırdır.

Teqlər