İyun 27, 2018 15:24 Asia/Baku
  • İnqilab Rəhbəri: İnsan Haqları məsələsində, cinayətkar qərblilərin əksinə olaraq, İran üzüağdır
    İnqilab Rəhbəri: İnsan Haqları məsələsində, cinayətkar qərblilərin əksinə olaraq, İran üzüağdır

İslam İnqilabının Böyük Rəhbəri İranın Məhkəmə Hakimiyyətinin düşmənlərin zorakılıqları qarşısında İran xalqının hüquqlarını müdafiə üzrə səylərini alqışlayaraq, deyiblər: İnsan Haqları məsələsində, cinayətkar qərblilərin əksinə olaraq, İran üzüağdır.

Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü İranın Məhkəmə Hakimiyyətinin sədri və məsul şəxsləri ilə görüşdə ABŞ-ın dünyanın müxtəlif məntəqələrində törətdiyi humanitar faciələrə, fransızlar və ingilislərin ötən dekadalarda Afrika qitəsi və Hindistan yarımadasında törətdikləri cinayətləri xatırladıb və deyiblər: Elə ötən illər ərzində də qərblilərin Suriyada İŞİD-i himayə etmələri, Myanma hadisələri qarşısındakı rəftarları və digər məsələlərlə bağlı hərəkətləri inan haqlarını müdafiə iddiasında olanların yalançılıqlarını yenidən sübut etmiş olub.

İnqilab Rəhbəri həmçinin deyiblər: Bu gün dünyada propaqanda aparmaq və mürəkkəb təbliğat vasitələrindən istifadə etməklə qaranı ağ, mütləq batili haqq kimi göstərirlər. Amma, təəssüflər olsun ki, bizim bir çox orqanlarımız xalqın etdimadının cəlb olunmasında dəqiq və peşəkar media fəaliyyətinə laqeyd yanaşıblar.

İnqilab Rəhbəri daha sonra düzgün təbliğatın zərurətinə işarə edib və deyiblər: Bu gün İranın Məhkəmə Hakimiyyəti xarici düşmənlər və daxildəki qəflətə qapılmışlar tərəfindən ən ağır təbliğat və media hücumlarına məruz qalmaqdadır. Bu təbliğatlarda təhlükəsizliyin keşiyində duran bir neçə gənci qətlə yetirmiş və tamamilə qanuni və ədalətli bir məhkəmə prosesində mühakimə olunmuş amansız qatil məzlum qələmə verilir. Məzlumların hüquqlarını müdafiə edən Məhkəmə Hakimiyyəti isə zalım və təcavüzkar olaraq tanıtdırılır.

Həzrət Ayətullahülüzma Xamenei ümumi fikirdə bütün dövlət orqanlarına qarşı mənfi fikir formalaşdıran və bütün orqanlarını korrupsionerlikdə ittiham edən sözləri tənqid edərək, deyiblər: Bəzi dövlət orqanları, ictimai dairələr və məşğulluq yerlərində korrupsiya mövcuddur. Amma, ümumi korrupsiya ilə bağlı düşüncələr həqiqət deyil və insanlarda belə bir yanlış təsəvvürün formalaşdırılmasına icazə vermək olmaz.

İnqilab Rəhbəri həmçinin deyiblər: Düşmənlər, bədxahlar, fitnəkarlar və töhmət vuranlar qarşısında qətiyyətli rəftar etmək lazımdır. Amma, xalqa qarşı təvazökar, ürəyiyanan və məhəbbətli olmaq, xalq ilə anlaşmaq və ümumi fikrin etimadını cəlb etmək lazımdır.

Teqlər