Məhkəmə Hakimiyyətinin rəsmiləri İmam Xomeyninin (rə) amalları ilə əhd-peymanı təzələyiblər
İranın Məhkəmə Hakimiyyətinin sədri və yüksək səviyyəli rəsmiləri İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) məqbərəsini ziyarət edərək onun amalları ilə əhd-peymanı təzələyiblər.
İRNA-nın məlumatına görə, İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani və bu hakimiyyətin yüksək səviyyəli rəsmiləri cümə axşamı günü İmam Xomeyninin (rə) məqbərəsini ziyarət edərək, fatihə oxuyub, gül çələngi qoyaraq, İran İslam Respublikasının banisinin xatirəsini yad ediblər.
Məhkəmə Hakimiyyətinin yüksək səviyyəli rəsmiləri həmçinin 7 tir şəhidlərinin məzarı, xüsusilə də şəhid Ayətullah Behiştinin məzarını ziyarət edib və 7 tir şəhidlərinin xatirəsini yad ediblər.
Bu gün cümə axşamı 7 tir 1397-ci günəş ili 28 may 2018-ci il, Tehranda İslam Respublikası partiyasının sabiq ofisində terror aktından 38 il ötür.
1981-ci il 27 iyunda terrorçu Münafiqlər qruplaşmasının ünsürləri Tehranda İslam Respublikası partiyasının toplantı zalında güclü partlayış törətdilər. Nəticədə İranın Ali Divanının sədri Ayətullah Seyid Məhəmməd Hüseyni Behişti və onunla birlikdə 72 siyasi və dini şəxsiyyət şəhid oldu.