Ruhaninin Avropaya səfəri Trampın siyasətinin məğlubiyyəti deməkdir
Amerikanın NATO-dakı keçmiş səfiri Avstriya və İsveçrənin İran İslam Respublikası prezidentinə evsahibliyi etmələrini Ağ Evin anti-İran siyasətlərinin məğlubiyyəti adlandırıb.
Amerikanın NATO-dakı keçmiş səfiri Robert Hanter İran İslam Respubliksı Prezidentinin Avstriya və İsveçrəyə səfərini ABŞ prezidenti üçün bir mesaj adlandırıb və deyib: Ruhaninin Bern və Vyanaya səfəri ABŞ və onun müttəfiqərinin İrana qarşı regionda formalaşdırdıqları koalisiyaya cavab üçün Tehranın bütün fürsətlərdən faydalanmasını göstərir.
ABŞ-ın keçmiş səfiri deyib: İran Avropa ölkələri ilə ticarət fürsətləri ardıncadır.
Hanter deyib: Avropa ölkələri üçün nüvə sazişinin qorunub-saxlanılması zərurət kəsb edir.
İİR prezidenti bu gün İsveçrəyə səfər edəcək və bu ölkəyə iki günlük səfərinin sonunda Avstriyaya daxil olacaq.
Avstriya iyulun birindən etibarən Avropa Birliyinin altı ay müddətində dövrü sədri vəzifəsinə başlayıb.