Avropanın bu günkü şəraiti keçmişdəkindən fərqlidir
İran İslam Respublikası prezidenti bu gün günorta İsveçrə və Avstriyaya səfərinə başlayıb və İsveçrə paytaxtı Bernə dorğru yola düşüb.
İİR prezidenti Həsən Ruhani yola çıxmazdan öncə Tehranın Mehrabad hava limanında müxbirlərə verdiyi müsahibədə İranın Avropa Birliyi ölkələri ilə o sıradan İsveçrə və Avstriya ilə əlaqələrin gücləndirilməsinə xüsusi önəm verdiyini bildirərək deyib: Bu səfərdə məqsəd Bern və Vyana ilə əməkdaşlıq potensiallarından istifadə etməkdir.
İİR prezidenti Avropanın bu günkü şəraitinin keçmişdəki ilə müəyyən qədər fərqli olduğunu bildirərək deyib: Bu günkü Avropa daha gur səslə özbaşınalığa qarşı çıxır və regional və beynəlxalq məsələlərdə İran və digər təsirli önəmli ölkələrlə əməkdaşlıq etmək istəyir.
Ruhani avropalıların nüvə sazişi barədə təklif paketinin bu səfərdə araşdırılacağını bildirərək deyib: Amerikanlar beynəlxalq qanunlar və neçətərəfli öhdəliklərə zidd olaraq ƏMTP-dən çıxdılar amma bu razılaşmanın bütün digər tərəfləri o sıradan Rusiya, Çin və 3 Avropa ölkəsi və Avropa Birliyi ƏMTP-nin Amerikasız davam etməsinə səy göstərirlər.
İran prezidenti İranın Orta şərq regionunda sabitlik və təhlükəsizliyin təminindəki roluna təkid edərək deyib: Regional məsələlər o cümlədən Suriya və Yəmən böhranları barədə danışıqlar da səfərin digər məqsədləri sırasındadır.
Ruhani həmçinin bu səfərdə İran Avstriya və İsveçrə arasında bəzi sənədlərin də imzalanacağına toxunaraq deyib: Sənaye, ticarət, səhiyyə və müalicə, müasir texnologiya, təhsil və su ehtiyatlarının idarə edilməsi kimi mövzular barədə bu iki ölkənin rəsmiləri ilə müzakirələr aparılacaq.
İİR prezidenti Həsən Ruhani İsveçrənin prezidenti Alen Bersetin rəsmi dəvəti ilə bu ölkəyə gedir və oradan da Avstriyaya gedəcək.