Əhatəli Müştərək Təşəbbüs Proqramının birgə komissiyasının iclası nazirlər səviyyəsində keçiriləcək
İyul 03, 2018 16:52 Asia/Baku
Əhatəli müştərək Təşəbbüs Proqramının birgə komissiyasının ilk iclası İran və 4+1 qrupu ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə cümə günü Vyanada keçiriləcək.
Kiodo İnformasiya Agentliyinin məlumatına görə, bir diplomat deyib: İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və onun fransalı, alman, çinli, rus və britaniyalı həmkarları 6 iyulda Avropanın təklif paketi, Əhatəli Müştərək Təşəbbüs Proqramının ABŞ-ın qeyri-qanuni şəkildə sazişi tərk etməsindən sonra qorunmasının yolları haqda fikir mübadiləsi aparacaqlar.
Bu iclas İranın müraciəti əsasında keçiriləcək və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini də iclasda iştirak edəcək.