İran Parlament deputatları Avropa ilə nüvə sazişi müzakirələri haqda bəyanat veriblər
İran İslam Şurası Məclisinin 160 deputatı Avropa ölkələri ilə nüvə sazişi müzakirələri haqda İran İslam Respublikası prezidentinə ünvanlanan bəyanat verib.
İRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin nümayəndələri ABŞ-ın nüvə sazişindən çıxmasını qeyd edərək bildiriblər: İslam Respublikası dövləti bu sahədə Avropa dövlətlərinin davranışlarını sınamaqdadır. Ötən təcrübələr nəzərə alınarsa, avropalıların hərəkətində ciddi şübhə vardır.
İran İslam Şurası Məclisinin nümayəndələri bu bəyanatda bildiriblər: Hökumət İran xalqının hüququnu ciddi izləməklə yanaşı tolerantlığa yol verməməli, nüvə sazişinin icrasında qarşılıqlı addım qanunu icra etməli, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə öz əməkdaşlıqlar səviyyəsini münasib şəraitə endirməlidir.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Seyid Hüseyn Nəqəvi Hüseyni bundan öncə İran parlamentinin qanunun əsasən ABŞ-ın birtərəfli hərəkətinin nüvə sazişini açıq-aşkar şəkildə pozduğunu bildirərək deyib: Bu qanuna əsasən, bir üzv nüvə sazişini pozarsa, İran İslam Respublikası növbəti addımları həyata keçirmək haqqına malikdir.