Ruhani: İran xalqı heç vaxt zorakılıq və təhqir qarşısında təslim olmur
İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı Vyanada Avstriyada yaşayan iranlılar ilə görüşdə İran xalqının heç vaxt zorakılıq və təhqir qarşısında təslim olmadığını vurğulayaraq, tarix boyunca İran xalqının haqq və hüquqlarına edilən təcavüzün məğlubiyyətə məhkum olduğunu xatırladıb.
İran İslam Respublikası Prezident Administrasiyasının rəsmi informasiya portalının yaydığı məlumata görə, Həsən Ruhani ABŞ-ın qeyri-qanuni şəkildə nüvə anlaşmasından çıxmasına işarə edərək, deyib: İranın öz öhdəliklərinə sadiq qalması artıq hamıya aydın olub. Bu məsələdə quldurcasına rəftar edən Ameirkadır. Əlbəttə, bu rəftar sadəcə İran qarşısında deyil. Amerika Avropa, G7 ölkələri, Çin və digər ölkələr qarşısında da oxşar rəftara malikdir.
İran İslam Respublikası prezidenti bu gün bir çox beynəlxalq təşkilatın o cümlədən BMT-nin, Təhlükəsizlik Şurasının, Avropa Birliyinin və digər təşkilatların İran xalqı və dövlətinin kənarında olduğuna işarə edərək, deyib: Bu məsələ İran ilə qarşıdurmanın ABŞ-a baha başa gələcəyinə dəlalət edir. Və İran İslam Respublikası da həmişə olduğu kimi ABŞ-ın fitnələrini zərərsizləşdirəcək. Çünki, onların rəftarı məntiqdən uzaq, qeyri-qanuni, zalımcasına və beynəlxalq qanunlara o cümlədən Təhlükəsizlik Şurasının qərarlarına ziddir.
Ruhani həmçinin deyib: Amerikalılar İranın dünya ilə bütün əlaqə körpülərini dağıtmaq istədiklərini deyirlər. Amma, heç vaxt bu məqsədə nail ola bilməyəcəklər. Onlar dünyanın mütləq gücü deyillər.
Ruhani Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin indiyə kimi İranın nüvə anlaşmasına sadiq olmasına dair 11 hesabat yaydığına işarə edərək, deyib: Bu gün bir çox ölkə İran ilə ticarət əlaqələrini qoruyacağını elan edərək, sözdə və əməldə ABŞ-ın nüvə anlaşmasından çıxmasını və İrana qarşı sanksiyaları bərpa etməsinə qarşı çıxıb.