İyul 04, 2018 18:58 Asia/Baku
  • General-mayor Süleymani İran prezidentinin sionist rejimlə bağlı sözlərini alqışladı
    General-mayor Süleymani İran prezidentinin sionist rejimlə bağlı sözlərini alqışladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds batalyonu komandanı çərşənbə günü İran İslam Respublikası prezidenti Həsən Ruhaninin amerikalılar və sionistlərlə bağlı səsləndirdiyi fikirləri alqışlayaraq, bu çıxışı iftixar mənbəyi adlandırıb.

İran İslam Respublikası prezidenti bazar ertəsi günü axşam İsveçrədə yaşayan iranlılar ilə görüşdə amerikalıların İranın neft satışını tam şəkildə durdurmaq niyyətində olduqlarını elan etmələrinə münasibət bildirərəkƏN deyib: Onlar nə dediklərini anlamırlar. İran neftinin satışa çıxarılmaması, amma, region neftinin satışa çıxarılması mənasız sözdür. Əgər siz bunu etməyi bacarsanız, nəticəsini də görəcəksiniz.

Həsən Ruhani çərşənbə axşamı da Zürixdə isveçrəli həmkarı Alain Berest ilə birgə mətbuat konfransında deyib: İran İslam Respublikası sionist rejimi qeyri-legitim bir rejim hesab edir və bu rejimin regiondakı fəaliyyətlərini təcavüzkarlıq sayır.

İRNA-nın məlumatına görə, Sepah-ın Qüds batalyonu komandanı Qasım Süleymani deyib: Həsən Ruhaninin İran neftinin ixrac edilməyəcəyi təqdirdə, bütün regionun neft ixracatına heç bir zəmanətin olmayacağına dair fikirləri və İran İslam Respublikasının sionist rejim qarşısındakı mövqeyi ilə bağlı dəyərlədi sözləri iftixar mənbəyidir.

Qasım Süleymani əlavə edib: İran prezidentinin müdrik və qətiyyətli sözləri İnqilab Rəhbərini, İran xalqını və dünya müsəlmanlarını başıuca etdi.

Teqlər