İran mənafeyi təmin olunduğu zamana kimi nüvə anlaşmasında qalacaq
İran İslam Respublikası prezidenti İranın yalnız mənafeyi təmin olunduğu zamana kimi nüvə anlaşmasında qalacağını deyərək, əlavə edib: Hamı nüvə anlaşmasının davam etməsi və ya ləğv olunmasının mənfi və müsbət nəticələrindən agahdır. Amma, İran xalqı öz yolunu öz maraqları və məsləhətinə uyğun olaraq seçir və hökumət xalqın nümayəndəsi olaraq, xalqın seçiminə əməl edir.
Prezident Həsən Ruhani Avstriya kansleri Sebastian Kurtz ilə birgə mətbuat konfransında bu məsələyə işarə edərək, deyib: Tehran və Vyananın iradəsi iqtisadi, ticarət, elmi, mədəni və turizm əməkdaşlıqlarının davam etdirilməsi və genişləndirilməsidir.
Avstriyanın kansleri Sebastina Kurtz da bu mətbuat konfransında iki ölkə arasındakı əlaqələrin qənaətbəxş olduğunu deyərək, əlav edib: İran və Avstriya 160 ildir ki siyasi, iqtisadi və mədəni əlaqələrə malikdirlər. Və bu gün də əlaqələrin daha da inkişaf etdirilməsində ortaq baxışa malikdirlər.
Sebastian Kurtz Avstriyanın bitərəf ölkə olaraq beynəlxalq danışıqlar məkanı olduğunu xatırladıb və deyib: Avstriyanın İran ilə nüvə müzakirələrinə ev sahibliyi edə bilməsinə çox şadam.
Kurtz həmçinin deyib: Avstriya və Avropa Birliyi hələ də nüvə anlaşmasına sadiqdirlər və nüvə anlaşması ilə bağlı Vyanada baş tutacaq növbəti müzakirələrin də uğurlu alınacağına ümidvarıq.