İraqın Babil vilayətində iranlı və iraqlı zəvvarların şəhadəti amilinin edam hökmü verilib
https://azeri.sahartv.ir/news/İran-i318296-İraqın_babil_vilayətində_iranlı_və_iraqlı_zəvvarların_şəhadəti_amilinin_edam_hökmü_verilib
İraqın Babil vilayətinin cinayət məhkəməsi 34 iranlı və iraqlı zəvvarın şəhid olması ilə nəticələnmiş bu vilayətin Əlşumli məntəqəsində terror partlayışı törətmiş amilin edam hökmünü verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2018 09:14 Asia/Baku
  • İraqın Babil vilayətində iranlı və iraqlı zəvvarların şəhadəti amilinin edam hökmü verilib
    İraqın Babil vilayətində iranlı və iraqlı zəvvarların şəhadəti amilinin edam hökmü verilib

İraqın Babil vilayətinin cinayət məhkəməsi 34 iranlı və iraqlı zəvvarın şəhid olması ilə nəticələnmiş bu vilayətin Əlşumli məntəqəsində terror partlayışı törətmiş amilin edam hökmünü verib.

İraqın ali məhkəmə şurasının sözçüsü Əbdussəttar Beyrəqdar bir bəyanatda Əlşumlidə partayıcı maddələr daşıyan yük maşınının sürücüsü kimi həmin terror amilinin etiraflarına işarə edərək, deyib: İmam Huseyn(ə) ərbəini mərasimində iştirak etmək üçün müqəddəs Kərbəla şəhərinə getməkdə olan onlarla iranlı və iraqlı zəvvar bu terror hücumunda şəhid olubdur.

Bu yük maşını 2016-cı il noyabrın 24-də Hillə şəhərinin şərqində yerləşən Əlşumli məntəqəsinin yanacaqdoldurma məntəqəsində partladı. Bu partlayışda34 nəfər şəhid oldu, bir qrup zəvvar da yaralandı.

Vəhhabi-sionist İŞİD qrupu bu terror hücumunun məsuliyyətini üzərinə götürübdür.