İyul 25, 2018 14:49 Asia/Baku
  • Ruhani: İranın milli birliyi və müqaviməti ABŞ başçılarının dəyərsiz sözlərinə ən yaxşı cavabdır

İran İslam Respublikası prezidenti bəzi ABŞ başçılarının əsassız və puç ittihamlarının cavab verməyə layiq olmayacaq dərəcədə dəyərsiz olduğunu deyərək, bildirib: İran xalqının ABŞ-ın təhdidləri və planları qarşısındakı müqaviməti, birliyi və laqeydliyi düşmənlərin fitnələrini zərərsizləşdirmək üçün ən güclü cavabdır.

Həsən Ruhani çərşənbə günü nazirlər kabinetinin iclasında İranın ABŞ əleyhinə Haaqa məhkəməsinə şikayət etməsinə toxunaraq deyib: Dünya ölkələri ABŞ-ın rəftarını yanlış hesab edərək, bu hərəkətləri qınayır və ya ən azından təəssüfləndiyini bildirir.

Ruhani həmçinin Beynəlxalq Haaqa Məhkəməsinin dünyanın ən ali hüquqi instansiyası olduğunu deyərək, əlavə edib: ABŞ hökuməti Beynəlxalq Haaqa Məhkəməsinin xəbərdarlığı əsasında öz rəftarlarına diqqət etməlidir.

Beynəlxalq Haaqa Məhkəməsi çərşənbə axşamı ABŞ dövlət katibi Mayk Pompeoya rəsmi məktub göndərərək, İranın ABŞ əleyhinə şikayət ərizəsinə baxılacaq zamanı elan etməklə yanaşı, Vaşinqtondan İrana qarşı birtərəfli qaydada nüvə sanksiyalarını bərpa etməsi haqda xəbərdarlıq edib.

Teqlər