Avq 18, 2018 11:25 Asia/Baku
  • Yerli
    Yerli "S-300" raket sisteminin təqdimatı olacaq

İranın müdafiə nazirinin beynəlxalq məsələlər üzrə müavini deyib ki, "Bavər-373" adı altında konstruksiya edilərək, icra olunan yerli "S-300" raket sistemi ilin sonunadak təqdim olunacaq.

General-mayor Mohəmməd Əhədi Təbrizin dünənki cümə namazı xütbələrindən öncəki çıxışında əlavə edib: İslami İran bu gün əcnəbi ölkələrdən azacıq da olsa belə asılı olmayaraq, öz gənc mütəxəssis və mühəndislərinin ciddi-cəhdi ilə müdafiə sənayesində iqtisadi müstəqilliyə catıbdır.

General-mayor Əhədi İranın illər bundan öncə yerli qırıcı konstruksiya etmək bacarığına nail olduğunu və yeni nəsldən olan yerli qırıcıları havaya buraxdığını bildirərək, deyib ki, müasir dünyada iqtisadi müstəqillik ilə, xaricilərə olan ehtiyacdan azad olmaq lazımdır.

İranın müdafiə nazirinin beynəlxalq məsələlər üzrə müavini həmçinin ölkələrin yüksək hərbi xərclərinə toxunaraq, söyləyib: İran minimum müdafiə xərci ilə regionda əminlikyaradan bir təhlükəsizlik meydana gətiribdir ki, bu məsələ İranın dostları üçün sevindirici, düşmənləri üçün isə qorxunc bir haldır.

 

Teqlər