Bu gün Tehranda tanınmış iranlı aktyor İzzətullah Entezaminin dəfn mərasimi keçirilib
İran kinosunda özünəməxsus üsluba malik olan tanınmış aktyor İzzətullah Entezami bu gün Tehranda son mənzilə yola salınıb.
İRİB-nin verdiyi məlumata görə, iranlı aktyor İzzətullah Entezaminin dəfn mərasimində çox saylı incəsənət xadimi, kinosevərlər və adi insanlar iştirak ediblər.
İzzətullah Entezami ilə vida mərasiminin ardınca unudulmaz əsərləri ilə xalqın sevgisini qazanmağı bacarmış aktyorun cənazəsi Tehranın Beheşte Zəhra qəbiristanlığında torpağa tapşırılıb.
İzzətullah Entezami cümə günü 94 yaşında gözlərini həmişəlik olaraq fani dünyaya yumaraq, haqq dərgahına qovuşub.
Görkəmli aktyor peşəkar həyata 1941-ci ildə "Ultimatum" tamaşası ilə başlayıb və 1947-ci ilə kimi 10-dan çox tamaşada rol alıb.
Entezami beynəlxalq festivallarda mükafata layiq görülən ilk iranlı aktyordur. O, "İnək" filmindəki roluna görə beynəlxalq Çikaqo film festivalının ən yaxşı kişi baş rolu mükafatına layiq görülüb.