İran prezidenti və nazirlər kabinetinin üzvləri İmam Xomeyninin(r.ə) məzarını ziyarət ediblər
İran İslam Respublikası prezidenti nazirlər kabinetinin üzvləri ilə birlikdə bu gün İran İslam Respublikasının banısı Həzrət İmam Xomeyninin(r.ə) məzarını ziyarət ediblər.
İRNA-nın verdiyi məlumata görə, İİR prezidenti və nazirlər kabinetinin üzvləri hökumət həftəsinin ikinci günündə İmam Xomeyninin( r.ə) məzarını ziyarət edərək məzarı üstə əklil qoyub fatihə veriblər və o həzrətin amallarına sadiq qaldıqlarını təkrar nümayiş etdiriblər.
İİR prezidenti və nazirlər kabinetinin üzvləri həmçinin islam inqilabının əsas simalarından olan ayətullah Haşimi Rəfsəncani eləcə də islam inqilabı şəhidlərinin məzarlarını da ziyarət ediblər.
İranın icra aparatının başçısı və üzvləri şəhid Məhəmmədəli Rəcayi, şəhid Cavad Bahünər və şəhid məhəmməd Hüseyn Beheştinin məzarlarını da ziyarət edərək onların ruhuna fatihə oxuyublar.
İran İslam Respublikasının prezidenti və baş naziri olmuş Məhəmmədəli Rəcayi və Məhəmməd Cavad Bahünər 1981-ci ildə terrorçu münafiqlər güruhu tərəfindən baş nazir ofisində törədilmiş terrorçu partlayış nəticəsində şəhid oldular. Bu şəhidlərin xatirəsini anmaq üçün Avqustun 24-30-cu günləri hökumət həftəsi kimi qeyd olunur.