Avq 30, 2018 11:59 Asia/Baku
  • İnqilab Rəhbəri məhkumların bir qisminin cəzalarının bağışlanması və ya azaldılması ilə razılaşıblar

Səadətli Qurban və Qədiri-Xum bayramları münasibətilə İslam İnqilabının Böyük Rəhbəri ümumi və inqilab məhkəmələri, silahlı qüvvələrin məhkəmə təşkilatı və hökumət sanksiyaları təşkilatı məhkumlarından 615 nəfərin cəzasının bağışlanması, azaldılması və ya dəyişdirilməsi təklifi ilə razılaşıblar.

İranın məhkəmə hakimiyyətinin sədri ayətullah Sadiq Amoli-Laricani İslam İnqilabının Böyük Rəhbərinə ünvanladığı məktubda məhkəmə hakimiyyətinin əvf və bağışlanma üzrə mərkəzi komissiyasında şəraitə uyğun bilinmiş məhkumlardan 615 nəfərin cəzasının bağışlanması, azaldılması və ya dəyişdirilməsi təklifini veribdir ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei  əsas qanunun 110-nu maddəsinin 11-ci bəndinə əsasən bu təkliflə razılaşıblar.

Bu gün, 1439-cu hicri qəməri ili zilhəccə ayının 18-i və 2018-ci milad ili avqustun 30-u, müsəlmanların böyük bayramlarından olan səadətli Qədiri-Xum bayramı günüdür. 

Teqlər