Zərif: Avropa nüvə anlaşmasındakı siyasi öhdəliklərinə əməl etsin
Sen 01, 2018 20:41 Asia/Baku
İranın xarici işlər naziri bildirib ki, avropalılar nüvə anlaşmasının qorunması üçün çoxlu sayda üsullar təqdim ediblər. O, deyib: Zəruridir ki, avropalılar siyasi öhdəlik elan etməkdən əlavə, nüvə anlaşmasının qorunması üçün lazımi real addımlar atmalıdırlar.
Mohəmməd Cavad Zərif bu gün müxbirlər qarşısında əlavə edib: Əgər müxtəlif ölkələr nüvə anlaşmasının mənfəətlərindən bəhrələnmək istəyirlərsə, bu nailiyyətin qorunması üçün real şəkildə iş görməli və lazımi xərci ödəməlidirlər.
Zərif vurğulayıb: Amerikalılar nəinki özləri qanunu pozurlar, həm də dünya xalqlarına təzyiq göstərirlər ki, qanunu pozsunlar. O, deyib: Dünya Amerikanın bu hərəkəti qarşısında dayanmalıdır. Əks halda, daha böyük xərclər ödəməlidir.